İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 2009-cu ildə buraxılan “Airbus Helicopters EC-135P2” markalı helikopter 1 milyon manata satılıb.
Xəbər verildiyi kimi, cari il ərzində Xidmət tərəfindən üç helikopteri bir neçə dəfə hərraca çıxarılıb. Helikopterlərdən biri – “Airbus Helicopters EC-135P2” markalı helikopter 2009-cu ildə, digər ikisi - «Airbus EC-155B1» markalı helikopterlər 2005-ci ildə buraxılıb. Bu ilin mart və iyul ayında keçirilən hərraclar nəticəsiz olub. O zaman helikopterin hər birinin qiyməti 2 milyon manat təşkil edib. **
B.Rüstəmbəyov