2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istixanalarda pomidor istehsalının həcmi 318,2 min ton təşkil edib, bu da ötən ilin analoji dövründən 14% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Dölət Statistika Komitəsindən məlumat verilib.
DSK-nin məlumatına görə, 1 oktyabr 2022-ci il tarixinə ölkədə 1,6 min hektar ümumi sahədə 3 117 istixana fəaliyyət göstərib.
Bundan əlavə, hesabat dövründə istixanalarda xiyar istehsalı 37,9% - 25 min tonadək artıb.
Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda istixanalarada pomidor istehsalının həcmi 343,106 min ton (2020-ci ilin göatəricisindən +18,9%), xiyar istehsalı – 23,015 min ton (+41,4%). **
X.Nəsirzadə