2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 905,4 milyon manat məbləğindətikinti materialları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 987,7 min ton sement (artım 4%) istehsal edilib.
34,6 min ton (artım 27,7%) tikinti gipsi, 81,2 min ton (artım 24,5%) sement, süni daş və ya betondan tikinti blokları və kərpicləri, 2 milyon 762,6 min ton (artım 25,3%) hazır beton qarışığı, 36,3 min ton (artım 27,8%) tikinti əhəngi, 496,9 min kubmetr (azalma 9,3%) tikinti kərpici, 29 milyon 125,5 min ton (azalma 14%) emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, 40,8 min kubmetr (azalma 37,4%) betondan yığma tikinti konstruksiyaları, 143,2 min ton (azalma 6%) asfalt istehsal edilib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa layihələri həyata keçirir. Bu işlər tikinti materiallarının istehsal həcminin artmasına təkan verir.**
B.Rüstəmbəyov