Azərbaycanda koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,805 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 36 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9967 nəfər təşkil edir.
Virusa yoluxmuş 813,618 min nəfər (sutka ərzində +6) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 220 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2,101 min (ötən gün 2 448 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 349,698 min test aparılıb.**
B.Rüstəmbəyov