Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Kino Agentliyininfəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondu 100 min manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Mədəniyyət Nazirliyi Agentlik dövlət qeydiyyatına alındıqdan sonra strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini bir ay müddətində təsdiq etməlidir.
Sənədin mətni çərşənbə günü dövlət başçısının saytında dərc olunub.
Azərbaycan Respublikası Kino Agentliyi publik hüquqi şəxs prezidentin 20 aprel 2022-ci il tarixli fərmanı ilə yaradılıb. **
B.Rüstəmbəyov