2022-ci ilin 10 ayı ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 6% - $55 milyarda qədər artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov məlumat verib.
“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 6% artaraq $55 milyardı ötüb. O cümlədən, 10 ay ərzində AMB-nin ehtiyatları 10,3% - $7,8 milyarda qədər artıb”, - Kazımov çərşənbə günü parlamentdə deyib.
Onun sözlərinə görə, valyuta ehtiyatlarının artımı və tədiyə balansının cari əməliyyatlar hesabının profisiti valyuta bazarında stabilliyi təmin edir. Həmçinin, o vurğulayıb ki, 2022-ci ilin yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 23%-dən yuxarı səviyyədə gözlənilir. **
A.Əzizov