2023-cü ildən etibarən Azərbaycanda hava şarı ilə uçuşların təşkil edilməsi planlaşdırılır. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Hazırda uçuşun inkişafı ilə bağlı məsələlər üzərində işləyirik - artıq deltaplanlarımız var. Gələn ildən hava şarları ilə səyahətlərin təşkilinə başlamağı planlaşdırırıq”, - deyə o, Rusiyanın “NEWS.ru” nəşrinə müsahibəsində bildirib.
Agentliyin sədri əlavə edib ki, 2023-cü ilin may ayında Azərbaycanda yeni turizm kompleksi (Qobustan Milli Tarix-Bədii Qoruğu yaxınlığındakı palçıq vulkanı) istifadəyə veriləcək. “Proqnozlarımıza görə, ildə bir milyona yaxın insan bu kompleksə baş çəkəcək”, - deyə Nağıyev qeyd edib.*
R.Kərimov