2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana $829 milyon 303,32 min dəyərində (artım 11,4%) 60790 ədəd avtomobil nəqliyyatı vasitəsi (2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 16,6%) idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $664 milyon 90,76 min dəyərində (artım 5,4%) 56092 ədəd avtomobil (azalma 17,5%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $12 milyon 746,32 min dəyərində 368 ədəd elektrokar və $119 milyon 748,94 min dəyərində 9 min 770 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $82 milyon 440,43 min dəyərində (artım 13,2%) 4084 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 10,7%), o cümlədən $35 milyon 36,43 min dəyərində (artım 2,6 dəfə) 265 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 2,2 dəfə) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $47 milyon 735,7 min dəyərində (artım 1,7 dəfə) 349 ədəd motorlu nəqliyyat vasitəsi (artım 1,9 dəfə) gətirilib.
2021-ci ildə Azərbaycana $935 milyon 225,33 min dəyərində 91,194 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
X.Nəsirzadə