2022-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik 547,2 min barel xam neft (sentyabrda 543 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2022-ci ilin oktyabr ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 663,8 min barel olub. Hasil olunan neftin 547,2 min barelini xam neft, 116,6 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasında qəbul edilmiş qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulurdu.
Beləliklə, Azərbaycan oktyabrda “OPEC+” razılaşmasını 131% yerinə yetirib.*
R.Əhmədov