Rusiyanın “BKS Bank”ı fiziki şəxslər üçün Azərbaycan və Türkiyəyə avro və dollarla köçürmələri müvəqqəti olaraq dayandırıb.
““BKS Bank”dan asılı olmayan səbəblərə görə fiziki şəxslər üçün Türkiyə və Azərbaycana avro və ABŞ dolları ilə daxil olan və çıxan köçürmələr müvəqqəti olaraq dayandırılıb. Bank bu ölkələrə ödəniş və köçürmələrin bərpası üçün mümkün olan hər şeyi edir. Bu cür əməliyyatların bərpası üçün nəzərdə tutulan vaxt barədə əlavə məlumat verəcəyik”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi kredit təşkilatına istinadən bildirir.
“BKS Bank” noyabrın 14-dən Türkiyə və Azərbaycana dollar və avro ilə köçürmələrə başlayıb.*
R.Əhmədov