2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 318 milyon 246 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 milyon 967,3 min nəfər (artım 89%), dəniz nəqliyyatı ilə 17,7 min nəfər (artım 24,6%), hava nəqliyyatı ilə 1 milyon 882,6 min nəfər (artım 2,1 dəfə) daşınıb.
Yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı vasitələri ilə 1 milyard 145 milyon 19,6 min sərnişin (artım 27,1%), avtobuslarla 1 milyard 76 milyon 552,3 min sərnişin (artım 30,2%), taksilərlə 68 milyon 467,3 min sərnişin (azalma 7,7%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ilin yanvar-oktyabr aylarında 167 milyon 358,8 min sərnişinə (artım 3 dəfə) xidmət göstərilib.*
B.Rüstəmbəyov