2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 56 milyard 860,8 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda orta illik inflyasiya 13,7% təşkil edib.
Statistik məlumatlara görə, bu dövrdə əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 19,9% - 5 min 650,2 manatadək artıb.
Yanvar-oktyabr aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 50 milyard 850,8 milyon manat qalır ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6% çoxdur.*
X.Nəsirzadə