Rusiyanın baş naziri Mixail Mişustin Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın inkişafı üçün böyük potensialdan daha fəal şəkildə istifadə etməyə çağırıb.
“Ən mühüm vəzifələrdən biri ümumi dil məkanını qorumaq və onu yeni müasir şəraitə uyğunlaşdırmaqdır” deyən Mişustin son illərdə iki ölkə arasında əməkdaşlığın həqiqətən strateji və müttəfiqlik xarakteri aldığını bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 340-a yaxın rusdilli məktəb var, Rusiyada isə 11 minə yaxın azərbaycanlı tələbə təhsil alır.
“Regional əlaqələrin coğrafiyasının genişləndirilməsi və qurulmuş əlaqələrin möhkəmləndirilməsi ölkələrimizin iqtisadiyyatının inkişafına, Rusiya və Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”, - deyə Rusiya baş naziri əmindir.*