Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında “Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, hər iki ölkənin daxili işlər nazirlərinin müavinləri Oruc Zalov və Xəlifə Hərib Əl-Xeyli müvafiq Anlaşma Memorandumu imzalayıblar.
BƏƏ DİN-dən bildirilib ki, sənəd Azərbaycan və BƏƏ-də verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını və imtahansız dəyişdirilməsini nəzərdə tutur.*
R.Kərimov