Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov hesab edir ki, yaxın illərdə Azərbaycanla Rusiya arasında turist axını 2 dəfə arta bilər.
Nazirin sözlərinə görə, Dağıstan Respublikasında sahil zolağının 48 km-i boyunca “Kayakent” kurortu bərpa olunacaq, Mahaçqala və Kaspiyskdə sahil zonaları inkişaf etdirilir.
“Xəzər ölkələrində mədəni, etnoqrafik, kruiz və yaxta turizmi üçün yeni sərhədyanı marşrutların və Xəzər sahil klasterinin yaradılması planlaşdırılır. Hazırda Xəzərin beş ölkəsi arasında ildə orta hesabla təxminən 12 milyon səyahət həyata keçirilir. Buna görə də yaxın illərdə RF ilə Azərbaycan arasında turist axını iki dəfə arta bilər”, - deyə o əlavə edib.*
A.Əzizov