Azərbaycanda koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823,849 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 44 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 2 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 9968 nəfər təşkil edir.
Virusa yoluxmuş 813,627 min nəfər (sutka ərzində +9) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 254 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1983 (ötən gün 2101 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 351,681 min test aparılıb.*
R.Əhmədov