Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7622 manat/1EUR səviyyəsində (noyabrın 17-nə 1.7632 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0281 manat/1RUB səviyyəsində saxlayıb.
Noyabrın 18-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0914 manat/1TRY səviyyəsində (noyabrın 17-nə 0.0913 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov