Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə ticarət dövriyyəsinin artımından razıdır, onun artırılması üçün perspektivlər görür, yükdaşımları sahəsində də böyük imkanlar mövcuddur.
“Biz, əlbəttə ki, qarşılıqlı ticarət həcminin pandemiya öncəsi səviyyəyə çatmasından çox şadıq, və əminəm ki, bu dinamika qorunacaq”, - Əliyev cümə günü Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini qəbul edərkən deyib.
Azərbaycan prezidenti hesab edir ki, hazırki danışıqlar qarşılıqlı ticarətin artmasına şərait yaradacaq.
Əliyevin rəyinə görə, yükdaşımalar yaxşı dinamika nümayiş etdirir. “Tranzit daşımalara gəlincə isə rekord göstərici əldə edirik”, - o qeyd edib.
Azərbaycan prezidenti əmin edib ki, bu sahədə əməkdaşlıq həm ikitərəfli əsasda, həm də qonşu ölkələrin cəlb olunması ilə artırılacaq. “Nəlqiyyat dəhlizlərinin, ilk növbədə Şimal-Cənub dəhlziinin potensialının möhkəmlənməsi bütün ölkələrin maraqlarına cavab verəcək və əlavə perspektivlər açacaq”, - Əliyev əmindir.
O vurğulayıb ki, Bakı iki ölkə arasında ticarət-iqtisadi münasibətlərdə əldə olunan dinamika 2023-cü oldə də davam edəcəyinə ümid edir.
Əliyev diqqəti iki ölkənin prezidentlərinin “münasibətləri yaxşı istiqamət, yeni dinamika vermələrinə” yönəldib. O xatırladıb ki, dövlət başçıları il ərzində dəfələrlə görüşüblər və cümə axşamı növbəti dəfə telefon danışığı keçiriblər. “Prezidentlər münasibətlərimizin bütün spektrinə istiqamət verirlər”, - Azərbaycanın dövlət başçısı hesab edir. **