Azərbaycan prezidenti İlham Əliyev cümə günü Gürcüstanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Gürcüstan prezidentiSalome Zurabişviliyə, həmçinin Gürcüstanın baş naziriİrakli Qaribaşviliyə təbrik məktubları ünvanlayıb.
Əliyev məktublarda Bakının Tbilisi ilə ikitərəfli münasibətlərinin dərinləşməsində maraqlı olduğunu qeyd edib.
“Dost Gürcüstanla münasibətlərə böyük önəm veririk və onların dərinləşməsinə yönəlmişik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı və genişlənməsi üçün yaxşı imkanlar var”, - Əliyev Zurabişviliyə məktubunda qeyd edib.
O, həmçinin bildirib ki, iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlıq Bakı ilə Tbilisi arasında strateji tərəfdaşlığı xarakterizə edən vacib amildir.
Bundan əlavə, Azərbaycan lideri Avropa ilə Asiya araslnda körpü rolunu oynayan regionda rifah, sabitlik və təhlükəsizliyə imkan yaradan miqyaslı nəqliyyat-kommunikasiya layihələrin uğurlu reallaşmasında sıx əməkdaşlığı vurğulayıb.
“Qarşılıqlı hörmət və etimada söykənən Azərbaycan-Gürcüstan münasibətləri dinamik inkiaşf edir və hazırda yeni məzmunla dolur. Hesab edirəm ki, regionumuzun iqtisadi potensialının artırılması üçün böyük imkanlar mövcuddur”, - Əliyev Qaribaşviliyə məktubunda qeyd edib. **
X.Nəsirzadə