“Azərbaycan İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalının artırılması üçün 43 milyon manat alacaq.
Bu vəsait Azərbaycanın dövlət büdcəsindən ayrılacaq.
Azərbaycan prezidenti İlham Əliyev qanunvericilikdə müvafiq dəyişiklikləri təsdiqləyib.
Ehtimal olunur ki, AİŞ-nin nizamnamə kapitalının artırılması 2022-ci il ərzində şirkətin bir sıra layihələrdə iştirakına dair qərar qəbul olunub.
Bundan əlavə, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fonduna (SİF) ümumilikdə dövlət büdcəsindən 120 milyon manat ayrılacaq.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. **
R.Əhmədov