Milli Məclis cümə günü keçirilən plenar iclasda "Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında" qanunu qəbul edib.
“İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir ki, səfirlik Tel-Əviv şəhərində açılacaq.
Bundan əlavə, parlament Albaniyada (Tirana şəhərində), Keniyada (Nayrobi şəhərində) səfirliklərin, o cümlədən Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinın açılmasını təsdiq edib. **
R.Əhmədov