Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Zabuxçay su anbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi ilə bağlı müqavilələr imzalayıb.
“İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib ki, müqavilələr Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş və Azərbaycanın “Nort Vest Konstrakşn” MMC şirkətləri ilə imzalanıb.
Layihənin icarsı Qubadlı, Zəngilan rayonları ərazisində 12,1 min ha əkin sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Həmin ərazilərdə yeni müasir suvarma sistemləri tətbiq olunacaq və onların istismarı üçün məsafədən idarəetmə sistemi (SCADA) qurulacaq.
Zabuxçay su anbarının həcmi 26,7 mln kubmetr təşkil edəcək.
2023-cü ilin oktyabr ayında ilkin olaraq torpaq sahələrinin bir hissəsi, 2024-cü ildə isə bütövlükdə 12,1 min ha torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. **
B.Rüstəmbəyov