2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana turist axını 2,2 dəfə artıb. Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəyan edib.
“Pandemiyadan (koronavirus - İF) sonra Azərbaycanda turizmin bərpası sürətlənib. 2022-ci ilin yanvar-oktyabr aylarında 2021-ci illə müqayisədə 118% artım müşahidə edilib, ümumilikdə isə turizm sektoru 50% bərpa olub”, - Nağıyev qeyd edib.
O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda intensiv bərpa işləri aparılır. Xüsusilə, dövlət tərəfindən dağıdılmış maddi-mədəni irs abidələrinin, o cümlədən Alban-xristian və Qafqaz-alban mədəniyyətinə məxsus kilsə və abidələrin bərpası istiqamətində genişmiqyaslı iş aparılır.
O cümlədən, Nağıyev qeyd edib ki, yaxın illərdə mədəni irs turizmi ilə yanaşı, təhsil, rəqəmsal turizm və tədbirlər turizminin inkişafı DTA-nın planlarına daxildir. **
X.Nəsirzadə