18 noyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Liviya Dövlətinin Azərbaycana yeni təyin olunmuş səfiri Ali Salem Naser ilə görüşüb və onun etimadnaməsinin surətini qəbul edib.
Azərbaycan XİN-dən məlumat verilib ki, Nayramov və Naser Azərbaycanla Liviya arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Nazir Azərbaycanla Liviya arasında tarixi, dini və mədəni bağlardan söz açaraq, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bu xüsusda, istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Öz növbəsində, səfir Azərbaycanda fəaliyyət göstərəcəyi üçün məmnunluq duyduğunu bildirib. Naser fəaliyyəti dövründə Azərbaycan Liviya arasında dostluq münasibətlərinin və əməkdaşlıq möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. **
B.Rüstəmbəyov