Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədov Aşqabadın Türkmənistan-Azərbaycan-Türkiyə sammitini qəbul etməyə hazır olduğunu təsdiq edib.
“Türkmənistan-Azərbaycan-Türkiyə” formatında üçtərəfli tərəfdaşlıq (…) böyük önəm kəsb edir. Ölkəmizdə Türkmənistan, Azərbaycan və Türkiyə övlət başçılarının sammitinin keçirilməsinə dair razılıq əldə olunub. Biz bu yüksək səviyyəli görüşə ev sahibliyi etmyə hazırıq”, - Berdiməhəmmədov Aşqabadda Türkiyə parlamentinin spikeri Mustafa Şentopla görüş zamanı bildirib. Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDH) onun sözlərindən sitat gətirir.
O qeyd edib ki, sammitə hazırlıq çərçivəsində qeyd edilən ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirlərinin görüşü keçirilir, yüksək səviyyəli görüş zamanı imzalanacaq sənədlər üzərində iş aparılır. Hazırlıq proseslərinin başa çatdırılması məqsədilə üç dövlətin XİN başçılarının görüşünün təşkili təklif edilib.
Gözlənildiyi kimi, Türkmənistan-Azərbaycan-Türkiyə sammiti dekabrın əvvəlində baş tutacaq. **
İnformasiya şöbəsi