Azərbaycanda koronavirus infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 923-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 40 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 15% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 9 min 972 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 721 nəfər (sutka ərzində +52) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 230 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 84 (ötən gün 1 min 571 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 355 min 336 test aparılıb.**
R.Kərimov