İsrailin müdafiə naziri Beni Qans məlumat verib ki, bazar günü Azərbaycanın müdafiə naziri Zakir Həsənovla telefon danışığı keçirib.
“Bu gün səhər Dostum, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla söhbət etdim. İsrailin Müdafiə Nazirliyi adından, İsraildə səfirlik açmaqla əlaqədar Azərbaycan parlamenti tərəfindən vacib qərar qəbul edildiyinə görə təşəkkürümü bildirdim”, - Qans Twitter hesabında yazıb.
O əlavə edib ki, telefon danışığı əsnasında həmçinin “uzun illər ərzində İsrail ilə Azərbaycan arasında tərəfdaşlıq və müdafiə münasibətlərinin möhkəmlənməsinə sadiqliyə görə” Həsənova təşəkkür edib. Qansın rəyinə görə, “bu, Bakı ilə Tel-Əviv arasında dərin dostuğu əks etdirir”, hansı ki, o əmindir ki, “gələcəkdə inkişaf edəcək və regiona müsbət təsir göstərəcək”. **
R.Kərimov