Azərbaycanda koronavirus infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 954-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 34 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma sayı təxminən 8,8% azalıb.
24 saat ərzində koronavirus infeksiyasından heç kəs vəfat etməyib.
Ölənlərin ümumi sayı 9 972 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 750 nəfər (sutka ərzində +29) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 232 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 620 (ötən gün 2 min 84 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 356 min 956 test aparılıb.**
R.Kərimov