Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova bazar günü Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak məqsədilə Kambocaya səfərə gəlib. Bu barədə Azərbaycan parlamentindən məlumat verilib.
“Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib. (…) Səfər çərçivəsində nümayəndə heyətimiz burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək”, - məlumatda deyilir. **
R.Kərimov