2023-cü ilin ortalarında Şərqi Zəngəzurda yeni “ağıllı kənd”lərin tikintisinə başlanılacaq. Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
“Hazırda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının kəndlərininin layihələndirilməsi işləri başlayıb və onların konsept dizaynının bir hissəsi artıq hazırdır. Həmin kəndlərin salınmasına gələn ilin ortalarında və ya daha tez başlanılması planlaşdırılır”, - deyə o, bu gün jurnalistlərə bildirib.
V.Hacıyev qeyd edib ki, Zəngilan şəhərində yaşayış məhəlləsinin təməli qoyulduqdan sonra layihələndirmə işləri başa çatıb, tikinti işləri gələn ilə planlaşdırılır.*
X.Nəsirzadə