Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 823 min 975-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 31 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 973 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 753 nəfər (sutka ərzində +3) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 249 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 975 (ötən gün 1 min 620 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 358 min 931 test aparılıb.*
B.Rüstəmbəyov