Fələstinin xarici işlər naziri Riyad Əl-Malki Azərbaycanın Ramallah şəhərində Təmsilçilik Ofisinın açılması qərarını alqışlayıb.
“İnterfaks-Azərbaycan” WAFA agentliyinə istinadən məlumat verib ki, Əl-Malki bunu paytaxtı Şərqi Qüdsdə olmaqla Fələstin dövlətinin yaradılması yolunda Fələstin diplomatiyasının yeni qələbəsi və iki dost ölkə arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi kimi qiymətləndirir.
Öz növbəsində, Fələstin XİN-dən qeyd ediblər ki, Ramallah şəhərində Təmsilçilik Ofisinın açılması qərarı Azərbaycanın Fələstinlə həmrəyliyini əks etdirir.
Milli Məclis noyabrın 18-də keçirilən plenar iclasda Fələstində (Ramallah şəhərində) Təmsilçilik Ofisinın açılmasını təsdiq edib. **
R.Kərimov