İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) ərzaq bazarında iki şirkət barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktları üzrə iş qaldırıb.
Xidmətin məlumatına əsasən, duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” və “Bakı Qida və Yağ Fabriki”MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb. **
B.Rüstəmbəyov