İranın energetika naziri Əli Əkbər Mehrabian bəyan edib ki, ölkəsinin Azərbaycan, Rusiya və Ermənistanla elektrik şəbəkələrinin sinxronlaşdırılması layihəsi reallaşdırılma mərhələsindədir.
Tanim agentliyi nazirin sözlərinə istinadən məlumat verir ki, Rusiya və İranın elektrik şəbəkələrinin ilkin sinxronlaşdırılması başa çatıb.
“Elektrik şəbəkələrinin sinxronlaşdırılması və birləşdirilməsi İranda enerji sitemini stabilləşdirməyə kömək edəcək”, - o qeyd edib.
Nazir əlavə edib ki, Tehran layihənin texniki sektorlarının inkişafı ilə məşğuldur.
O cümlədən, Mehrabian məlumat verib ki, həmin ölkələrlə elektrik enerjisinin barteri müzakirə edilir: “Bizə elektrik enerjisi lazım olanda, biz onu Azərbaycan, Ermənistan və Türkmənistandan idxal edə bilərik”, - deyə o əlavə edib ki, İranda artıq olduğu dövrlərdə o, digər ölkələrə elektrik enerjisi ixrac edə bilər. **
R.Əhmədov