"Azersun Holding" şirkətlər qrupu 2021-ci ilin yekunları üzrə xalis mənfəətini 61,2% - 28 milyon 290,517 min manatadək azaldb.
“Azersun Holding”in ötən il ərzində dərc olunan maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 1 milyara 522 milyon 412,532 min manat (2020-ci illə müqayisədə artım 59%), satış və xidmətlərin maya dəyəri 1 milyard 147 milyon 52,18 min manat (artım 72,5%) təşkil edib.
2021-ci ildə holdinqin vergi ödənilənədək mənfəəti 52 milyon 401,528 min manat (azalma 4320%), mənfəət vergisi üzrə ödənişləri 24 milyon 330,226 min manat məbləğində olub.
Hesabat ilində “Azersun Holding” aktivlərini 25,2% - 1 milyard 28 milyon 467,63 min manatadək, öhdəliklərini 64,5% - 632 milyon 545,154 min manatadək artırıb.
Holdinqin məcmu kapitalı 395 milyon 922,484 min manat (azalma 9,4%), nizamnamə kapitalı dəyişməyib - 127 milyon 626,667 min manat təşkil edib (dəyişməyib).
“Azersun Holding” çoxprofilli şirkətdir. Onun tərkibinə kənd təsərrüfatı müəssisələri, ərzaq malları, kağız və qablaşdırma məhsulları istehsal edən zavodlar, ticarət şirkətləri daxildir.**
B.Rüstəmbəyov