Hazırda Azərbaycan və RF ümumi dəyəri $7,5 milyard təşkil edən 14 birgə layihə reallaşdırır. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Dmitri Volvaç deyib.
“Rusiya ilə Azərbaycan arasında təmaslar yalnız dövlət başçıları səviyyəsində deyil, həm də regionların qarşılıqlı fəaliyyəti səviyyəsində inkişaf edir. Hazırda Rusiya biznesi təxminən $7,5 milyard ümumi dəyərində 14 iri layihədə iştirak edir. Azərbaycanda avtomobil və dəmir yolu, maşınqayırma üzrə layohələr yaradılır, ilk əczaçılıq istehsalı açılır. Bütün bunlar rusiyalı həmkarların texnologiyaları, səlahiyyətləri və təcrübəsindən istifadə etməklə həyata keçirilir”, - Volvaç qeyd edib.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən məlumat verir ki, nazirin sözlərinə görə, Rusiyanın 70-dən artıq regionu Azərbaycanla əməkdaşlığı inkişaf etdirir. Onların dörddə biri artıq ticarət-iqtisadi, elmi-texniki və mədəni qarşılıqlı fəaliyyət haqqında müqavilələrə malikdir. Moskva, Krasnodar və Stavropol diyarları, Moskva və Sverdlovsk vilayətləri regionlararası ticarət dövriyyəsi üzrə liderlərdir. Tatarstan Respublikası, Volqoqrad və Saratov vilayətləri və Sankt-Peterburq şəhəri əsas ticarət tərəfdaşlarının onluğuna daxildir.
O qeyd edib ki, Həştərxan və Azərbaycan limanları arasında ticarət gəmiçiliyinin genişləndirilməsi uğurıu regionlararası qarşılıqlı fəaliyyətin nümunələrindəndir. «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əlavə yük axını yarada biləcək hər iki ölkə üçün əhəmiyyətli istiqamətdir.
“Rusiyanın regionları Azərbaycanla əsas istiqamətlər üzrə təmasların genişləndirilməsində maraqlıdır, bu sənaye, nəqliyyat, gəmiqayırma, kənd təsərrfatı və sərmayələrdir. Əminəm ki, regional əlaqələrin coğrafiyasının genişləndirilməsi və işlənmiş əlaqələrin möhkəmlənməsi ölkələrimizin iqtisadiyyatlarının inkişafına yardım edəcək, Rusiya və Azərbaycan vətəndaşlarının həyat rifahlarının artırılmasına şərait yaradacaq”, - Volvaç əlavə edib.
O bildirib ki, ötən həftə Bakıda keçirilən XI Azərbaycan-Rusiya Regionlararası Forum çəçirvəsində işgüzar regional qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub. Forum iştirakçıları diqqətlərini kiçik və orta biznes sahəsində birgə layihələr üzrə əməkdaşlığın artırılması perspektivlərinə yönəltdilər, aqrar-sənaye kompleksi, sənaye kooperasiyası və xüsusi iqtisadi zonalar, investisiya platformaları operatorlarının aktual ehtiyaclarını, qarşılıqlı tədarükün artırılması üçün liman infrastrukturunun potensialı, keçid məntəqələrinin modernləşdirilməsi perspektivləri, humanitar əlaqələrin dərinləşdirilməsi məsələləri, gələcək kadrların hazırlanmasının ən yaxşı proqramları, həmçinin birgə ticarətin inkişafı üçün nəqliyyat dəhlizlərindən istifadə təcrübəsini müzakirə etdilər. **
R.Əhmədov