Azərbaycanda koronavirus infeksiyasına 58 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 824 min 33-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 21 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 975 nəfər təşkil edir.
Virusa yoluxmuş 813 min 785 nəfər (sutka ərzində +32) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 273 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 314 (ötən gün 1 min 975 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 361 min 245 test aparılıb.**
R.Kərimov