“PAŞA Bank” ASC Şuşa şəhərində filial açmağı planlaşdırır. Bu barədə bankın Komplayns və İdarəetmə üzrə baş direktoruAnar Kərimov bəyan edib.
“Biz Qarabağda biznesin inkişafını dəstəkləmək məqsədilə Şuşa şəhərində regional filial açmağı planlaşdırırıq. Hazırda bu layihə müzakirə olunur. Qarabağda indi fəaliyyət göstərən və ya fəaliyyətə başlamağı planlaşdıran yerli və xarici şirkətlər bizə müraciət edirlər. Biz onlara hərtərəfli dəstək veririk”, - Kərimov çərşənbə axşamı bankın birinci yarımilliyin yekunlarına dair birləşdirilmiş hesabatna həsr olunan mətbuat konfransında bildirib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın üçüncü aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC – 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 10%, Mircəlala Paşayev – 5%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
X.Nəsirzadə