Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində tarixi və memarlıq abidələrinin mühafizəsi üçün videonəzarət sisteminin quraşdırılmasına 400 min manatadək vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən məlumat verir ki, "B2B GROUP" MMC ilə bu işlərin icrasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 384 min 427,19 manatdır. **
R.Kərimov