Çərşənbə axşamı Azərbaycan və Rusiyanın baş nazirləri Əli Əsədov və Mixail Mişustin arasında telefon danışığı olub.
«17 noyabr 2022-ci il tarixində Bakıda keçirilmiş danışıqların inkişafında hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər», - Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat verir.
Əsədov və Mişustin «nəqliyyat, enerji və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayırıblar». **
R.Əhmədov