Nazirlər KabinetiPakistan İslam Respublikasından Azərbaycana idxal olunan düyünü 15% gömrük rüsumundan azad edib.
Bununla əlaqədar “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar qəbul edib.
İdxal gömrük rüsumundan azad edilmə 31 dekabr 2027-ci il tarixindək qüvvədə olacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir. **
B.Rüstəmbəyov