Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat verib.
“Bu il oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə edilmiş razılaşmalarının, habelə üç ölkənin əvvəlki birgə bəyanatlarının yüksək səviyyədə praktiki həyata keçirilməsi məsələlərinə baxılıb. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası istiqamətində üçtərəfli formatda işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb", - məlumatda deyilir. **