İpoteka və Kredit Zəmanət Fondu (İKZF) noyabrın 23-də 70 milyon manat məbləğində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat təşkil edib.
İstiqrazların tədavül müddəti 9360 gün, ödəmə tarixi 9 iyul 2048-ci ildir.
İllik faiz dərəcəsi 3%-dir, faiz gəlirinin ödənişi 180 gündən bir həyata keçirilir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.*
X.Nəsirzadə