Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Prezident İlham Əliyevi Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
“İnterfaks-Azərbaycan” agentliyi Serbiya liderinin dəftərxanasına istinadən xəbər verir ki, səfər proqramına Əliyev və Vuçiç arasında danışıqlar, ikitərəfli sənədlərin imzalanması mərasimi və dövlət başçılarının mətbuata bəyanatlarla çıxışları daxildir.*
R.Kərimov