Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədindəki insidentlərə reaksiyası ilə bağlı qərarın olmadığını bildirib.
Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilən iclasında deyib ki, təşkilatın üzvü olan Ermənistan son iki il ərzində ən azı üç dəfə Azərbaycanın təcavüzünə məruz qalıb.
Onun sözlərinə görə, bu faktlar həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda KTMT-nin nüfuzuna böyük zərbə vurur.
“Mən bunu Ermənistanın KTMT-də sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm”, - deyə baş nazir vurğulayıb.*