Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Zabuxçay su anbarı üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərinə 128 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “CENGİZ İnşaat Sənaye və Ticarət A.Ş” ilə 128 milyon 209,999 min manat dəyərində müvafiq müqavilə bağlanıb.*