Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Həkəriçayın sağ və sol sahillərində əkin sahələrinin suvarılması üçün magistral boru kəmərinin tikintisi işlərinə 188 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, “Nort Vest Konstrakşn” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 188 milyon 751,249 min manatdır.
Müqavilə Həkəriçayın sağ və sol sahillərində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün magistral boru kəmərinin tikintisi üzrə işlərin yerinə yetirilməsini və layihə-smeta sənədlərinin hazırlanmasını nəzərdə tutur.*
B.Rüstəmbəyov