Prezident İlham Əliyev hesab edir ki, Bakı və Belqrad qarşılıqlı ticarəti artırmalıdır.
“Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik”, - deyə dövlət başçısı noyabrın 23-də Belqradda Serbiya Respublikasının baş naziri Ana Brnabiç ilə geniş tərkibdə görüşdə bildirib.*
Xəbərlər şöbəsi