Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan münasibətlərindəki problemin həlli üçün hər cür səy göstərməyin zəruri olduğunu bildirib və KTMT-nin bu məsələyə nöqtə qoya biləcəyinə əmindir.
“Biz yenidən alovlana biləcək bu münaqişəni indi kökündən həll edə bilərik. İlk növbədə, Ermənistan və təbii ki, Azərbaycan rəhbərliyinin istəyi olarsa”, - deyə o, KTMT Kollektiv Təhlükəsizlik Şurasının məhdud tərkibdə keçirilən sessiyasında bildirib.
Lukaşenko qeyd edib ki, hazırda Rusiya bu məsələdə vasitəçilik missiyasını yerinə yetirir və həm Ermənistan, həm də Azərbaycan bununla razılaşıb. “Gəlin bu istiqamətdə hərəkət edək. Gəlin razılığa gələk, hər şeyi edək ki, orada insanlar ölməsin. Bu, Ermənistan və Azərbaycan cəmiyyətində məmnunluqla qarşılanacaq”, - deyə o əmindir.*