Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, noyabrın 23-də azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlar zamanı Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsini müzakirə edib.
“Biz elektrik enerjisinin verilişini müzakirə etdik. Çünki Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Biz Avropadan olan tərəfdaşlarımızın bu layihəyə qoşulmasını müzakirə edəcəyik. Çünki burada elektrik xətti suyun altından çəkiləcək. Xətt Qara dənizin altından keçir ki, bizim paylayıcı şəbəkə Rumıniya və Macarıstanın paylayıcı şəbəkəsinə müvəffəqiyyətlə qoşula bilsin, nəticədə biz gələcəkdə təhlükəsiz şəkildə elektrik enerjisini ala bilək və ölkəmizin elektrik enerjisi ilə bağlı tam təhlükəsizliyini təmin edək. Bu, həmçinin ölkəmizdə sənaye istehsalının genişlənməsi və vətəndaşlarımızın artan ehtiyacları ilə bağlıdır. Bizə bu enerji təhlükəsizliyi lazım olacaq və biz Azərbaycandan olan dostlarımıza, xüsusilə Prezident Əliyevə buna görə minnətdarıq”, - deyə A.Vuçiç Belqradda İ.Əliyevlə mətbuata bəyanatla çıxışı zamanı qeyd edib.*
Xəbərlər şöbəsi